"Nəzəri cəhətdən "Sabah"ın "Turan Tovuz"la arasındakı 5 xalı aradan qaldırması mümkündür". Bu sözləri Sport24.az-a açıqlamasında Aslan Kərimov deyib.

Təcrübəli mütəxəssis sona iki tur qalmış "Sabah"ın dördüncülük şansını dəyərləndirib: 

"Sabah"ın "Turan Tovuz"u keçəcəyi çox çətin məsələdi. Paytaxt klubunun taleyi öz əlində deyil. Digər tərəfdən qarşılaşacağı rəqiblərə baxası olsaq, "Turan Tovuz"un "Sumqayıt" və "Kəpəz"lə oyunu var. Kurban Berdiyevin komandası bu rəqiblərə qalib gəlmək iqtidarındadı. "Sabah" isə "Zirə" və "Neftçi" ilə qarşılaşacaq. Bu matçların birində "Sabah" büdrəyə bilər. Nəzərə almalıyıq ki, "Neftçi" ilə oyun kubokun finalına yaxındır. Buna görə də "Sabah"ın əsas fikiri finala yönələcək. Həlledici matç ərəfəsində Vasili Berezutski heyəti də zədədənb qorumağa çalışacaq".

 

Qeyd edək ki, hazırda aktivində 49 xal olan "Turan Tovuz" 4-cü, "Sabah" isə 44 xalla 5-ci pillədə qərarlaşıb.