"Tottenhem" ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, komandanın cinah oyunçusu Deyan Kuluşevski sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Premyer Liqada "Kristal Pelas"la matçda (0:2) dizindən zədə alan yarımmüdafiəçi əməliyyat olunacaq. O, Avropa Liqasının finalında mayın 31-də "Mançester Yunayted"ə qarşı keçiriləcək görüşü buraxmalı olacaq.

 

Kuluşevski bu mövsüm 50 oyunda 10 qol vurub, 11 məhsuldar ötürmə edib.