Son 5 mövsümdə müdafiəçi transferlərinə ən çox vəsait xərcləyən klublar bəlli olub. Sport24.az xəbər verir ki, siyahıya İngiltərə klubları başçılıq edir.

 

İlk 5 pillədə Premyer Liqa təmsilçiləri qərarlaşıb. "Çelsi" müdafiəçilər üçün hamıdan çox xərcə düşüb.

 

"Çelsi" – 391,4 milyon avro, 13 müdafiəçi

"Tottenhem" – 358,1 milyon avro, 18 müdafiəçi

"Mançester Siti" – 320,4 milyon avro, 9 müdafiəçi

"Mançester Yunayted" – 281,2 milyon avro, 12 müdafiəçi

"Arsenal" – 258,4 milyon avro, 11 müdafiəçi

 

"Real" dünyada 236-cı yerdə qərarlaşıb. İspaniya nəhəngi müdafiəçilərə cəmi 5 milyon avro xərcləyib.

 

Bu 5 milyon 2023-cü ildə Fran Qarsiya üçün ödənilib. Digər iki müdafiəçi keçidi pulsuz başa gəlib. Antonio Rudiger və David Alaba azad agent kimi heyətə qatılıb.

 

Qeyd edək ki, bu yay Trent Alerksander-Arnold da azad agent kimi "Real"a qoşulacaq.