"İnter"in hücumçusu Markus Türam Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Barselona" ilə 3:3 hesablı heç-heçədən sonra dünyanın ən yaxşı oyunçusunun adını çəkib. O, bu barədə "Canal+" telekanalına açıqlamasında danışıb:

 

"Lamin Yamal dünyanın ən yaxşı oyunçusudur? Xeyr, dünyanın ən yaxşı oyunçusu fransızdır. Elə ikincisi də. Onlardan sonra artıq Yamal gəlir. Mən Osman Dembele və Kilian Mbappedən danışıram".

 

Qeyd edək ki, "İnter"lə "Barselona" arasında cavab görüşü mayın 6-da baş tutacaq.