Mario Balotelli karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Sport24.az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, hücumçu "Əl-İttifaq" klubu ilə müqavilə imzalayıb.
Sözləşmə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, italyan futbolçu karyerası ərzində "İnter", "Mançester Siti", "Liverpul", "Milan", "Nitsa" və "Olimpik Marsel" kimi klubların formasını geyinib.