İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Antonio Marsyal karyerasını İspaniyada davam etdirəcək.

Sport24.az xəbər verir ki, fransalı hücumçu “Sevilya” klubuna keçib. Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Marsyal mövsümün sonuna qədər icarə əsasında “Sevilya”da çıxış edəcək.