“Mançester Yunayted” bu ilin fevralında heyətinə cəlb etdiyi Qabriel Byançeri ilə peşəkar müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, 16 yaşlı futbolçu ilə müqavilə 2027-ci ilə qədər nəzərdə tutulub.
“Qırmızı şeytanlar” uelsli hücumçunu “Kardiff Siti”dən transfer edib.