"Mançester Yunayted" Mali və "Oser"in hücumçusu Lassina Sinayokonun agentləri ilə danışıqlara başlayıb. Sport24.az xəbər verir ki, bu barədə "Africafoot" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, danışıqlar msbət yöndə davam edir. "Qırmızı şeytanlar" 26 yaşlı futbolçunu qış "transfer pəncərəsi" zamanı "rənglərinə bağlayacağına" ümid edir. İngiltərə klubu futbolçuya ildə 3 milyon avro maaş təklif edib. 

 

Qeyd edək ki, Sinayoko bu mövsüm Liqa 1-də 16 oyunda meydana çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib. "Transfermarkt"ın məlumatına görə, futbolçunun bazar dəyəri 7 milyon avrodur.