"Liverpul" Məhəmməd Salahın gələcəyi ilə bağlı qeyri-müəyyənlik fonunda "Real"ın vingeri Rodriqo Qoeslə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "mersisaydlılar" 24 yaşlı futbolçu üçün "Kral klubu"na 60 milyon avro təklif etməyə hazırlaşır.

 

Qeyd edək ki, Rodriqo bu mövsüm bütün turnirlərdə 21 oyunda meydana çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.