İtaliya millisinin sabiq hücumçusu Manolo Qabbiani karyerasını Türkiyədə davam etdirməyə yaxındır. Sport24.az xəbər verir ki, 34 yaşlı forvard qış "transfer pəncərəsi" zamanı "Alanyaspor"la anlaşa bilər.

 

Hazırda tərəflər arasında danışıqlar gedir.

 

Son olaraq BƏƏ-nin "Əl-Nəsr" klubunda çıxış etmiş italiyalı forvard özü də "Alanyaspor"a keçidə müsbət yanaşır.

 

Qabbiani "Çittadella", "Atalanta", "Yuventus", "Bolonya", "Sampdoriya", "Southempton" klublarında oynayıb.