Bornmut"un hücumçusu Antuan Semenyo ən qısa zamanda "Mançester Siti"yə qoşulmaq istəyir. Sport24.az "BBC Sport"a istinadən xəbər verir ki, oyunçunun gələcəyi yaxın 48 saat ərzində aydınlaşacaq.
Mənbənin sözlərinə görə, Semenyo özü "transfer pəncərəsi"nin ilk günündə, yəni yanvarın 1-də "Mançester Siti"nin formsını geyinmək istəyir.
Premyer Liqanın digər aparıcı klubları da Semenyo ilə maraqlanır, lakin hücumçu "Siti"yə qoşulmaq istəyir. Qanalı futbolçu Pep Qvardiolanın rəhbərliyi altında oynamağa can atır.