Dörd oyunçu bu yay "Mançester Yunayted"i tərk edə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Give Me Sport" məlumat yayıb.
"Qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorim artıq Andre Onana, Kazemiro, Lyuk Şou və Rasmus Haylundu kolektivdə görmək istəmir.
Qeyd edək ki, bu futbolçuların hamısı Avropa Liqasının finalında "Mançester Yunayted"in "Tottenhem"ə 0:1 hesabı ilə məğlub olduğu oyunda start heyətində yer alıb.