"Mançester Yunayted" hazırda maliyyə çətinliyi yaşayır. Sport24.az xəbər verir ki, bu səbəbdən klub qarşıdan gələn yayda güclənmək üçün ilk növbədə oyunçularını satmalı olacaq.


"Qırmızı şeytanlar" 6 futbolçudan xilas olmağa qərar verib.

 

Bu siyahıya Markus Reşford, Tayrell Malasya, Antoni, Ceydon Sanço, Kazemiro və Kristian Eriksen daxildir. Q

 

Hazırda Reşford, Malasya, Antpni və Sanço icarədədir. "Mançester Yunayted" isə onları mövsümün sonunda birdəfəlik satmağı gözləyir.

 

Qeyd edək ki, "Mançester Yunayted" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 15-ci yerdədir.