"Mançester Siti"nin müdafiəçisi Yan Kouto karyerasını Almaniyada davam etdirəcək. Sport24.az xəbər verir ki, braziliyalı futbolçu Dortmund "Borussiya"sı ilə müqavilə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı sağ cinah müdafiəçisi 2024/2025 mövsümünü icarə əsasında Dortmund təmsilçisində keçirəcək.

 

Qeyd edək ki, Kouto ötən mövsüm "Jirona"nın formasını geyinib. Braziliya millisinin üzvünün "Mançester Siti" ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.