"Mançester Siti" yay transfer dönəmində heyətini yeni futbolçu ilə gücləndirmək istəyir. Sport24.az xəbər verir ki, "şəhərlilər" "Vulverhempton"un müdafiəçisi Ait-Nuri ilə maraqlanır.
Bu barədə "TBR Football" portalı məlumat yayıb. 23 yaşlı sol cinah müdafiəçisi "Mançester Siti"nin transferdə əsas hədəflərindən biridir.
"Vulverhempton" Ait-Nuri üçün 40 milyon funt-sterlinq tələb edir.
Müdafiəçi bu mövsüm 38 oyunda 5 qol vurub, 7 məhsuldar ötürmə edib.