"Mançester Siti" bu yay "Nottingem Forest"in yarımmüdafiəçisi Morqan Gibbs-Uaytı "rənglərinə bağlamağı" planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano social şəbəkə hesabında məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, ingilis nəhəngi 25 yaşlı futbolçunun transferi üzərində işləyir.

 

Futbolçunun şəxsi müqaviləsi ilə bağlı problem olmasa da, "Nottingem Forest" Morqanı buraxmaq istəmir.

 

Qeyd edək ki, yarımmüdafiəçi bu mövsüm 34 oyuna çıxıb, 5 qol vurub və 9 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 50 milyon avro qiymətləndirir.