"Mançester Siti"nin futbolçusu Cekk Qriliş karyerasını İspaniyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Atletiko" ingiltərəli vingeri transfer etmək istəyir.

 

Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

 

Madrid klubu yayda Qriliş üçün "Mançester Siti"yə təklif göndərəcək. "Aston Villa", "Tottenhem" və "Nyukasl" da 29 yaşlı oyunçunun xidmətində maraqlıdır.

 

Qeyd edək ki, "Mançester Siti" Cek Qrilişi 2021-ci ilin yayında "Aston Villa"dan 117 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyəətində meydana çıxdığı 32 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayında kimidir.