"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim komandanın kapitanı Bruno Fernandeşin klubdan mümkün gedişi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Sport24.az xəbər verir ki, bu barədə "TNT Sports" məlumat yayıb.
Portuqaliyalı mütəxəssis deyib:
"Bruno üçün klubda bir çox şeyi dəyişdirdiyimizi görmək vacibdir. Davranış tərzi, gündəlik təşkilati işlər, məşqlərin tempi – bunların hamısı. Əgər o, bütün səviyyələrdə bunu etdiyimizi görsə, klubda qalmaq istəyəcək. Ona bu klub xoş gəlir.
Ən vacibi budur, Çempionlar Liqası deyil. O, "Mançester Yunayted"lə qalib gəlmək istəyir. Bruno məşqlərdə və davranış baxımından ən yüksək səviyyədədir. Burada olan hər kəs bu cür olmalıdır. O, bunun üçün burada qalacaq".
Qeyd edək ki, daha öncə mətbuatda yayılan xəbərlərə görə, Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu Fernandeşə həftəlik 700 min funt sterlinq (təxminən 833 min avro) maaş təklif etməyə hazırdır.
Hazırkı mövsümdə Fernandeş 56 oyuna çıxaraq 19 qol vurub və 19 qolun ötürməsini edib. Onun klubla qüvvədə olan müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.