"Atletiko"nun müdafiəçisi Nahuel Molina karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Nyukasl" argentinalı futbolçunu transfer etmək istəyir.

 

Bu barədə "Marca" nəşri məlumat yayıb.

 

İngiltərə klubu Molina üçün 20 milyon avro ödəməyə hazırdır. "Yuventus", "Napoli" və "Roma"da 27 yaşlı sağ cinah müdafiəçisi ilə yaxından maraqlanır.

 

Qeyd edək ki, "Atletiko" Nahuel Molinanı 2022-ci ilin yayında "Udineze"dən transfer edib. Argentina millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətiində meydana çıxdığı 43 rəsmi matçda 1 qol vəə 3 məhsuldar ötürmə ilə yadda qalıb.