Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı davam edir. Sport24.az xəbər verir ki, mundialın 5-ci günündə III turun oyunları keçirilir.

 

Milli Gimnastika Arenasında ümumilikdə 8 oyun baş tutacaq. Tur Özbəkistan - Çad görüşü ilə başlayıb və Asiya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Daha sonra Bəhreyn - Sloveniya matçı keçirilib. Qarşılaşma ərəblərin böyükhesablı qələbəsil ilə başa çatıb - 4:1.

 

Hindistan - Portuqaliya oyunu da bol qollu olub. Avropa təçsilçisi hindistanlıları 8:0 hesabı ilə məğlub ediblər.

 

Macarıstan isə Ukraynaya 3 cavabsız qol vurub - 3:0.

 

Türkiyə millisi də 0:3 hesabı ilə İngiltərə komandasına məğlub olub.

 

Azərbaycan millisi qrup mərhələsində 3-cü oyununu keçirib. Komandamız Afrika təmsilçisi Mavritaniya komandasına 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.