Türkiyə Kubokunda C qrupunun II turu çərçivəsində "Fənərbaxça" sabah səfərdə "Beyoğlu Yeni Çarşı" ilə qarşılaşacaq. Sport24.az xəbər verir ki, "Fənərbaxça"da zədəsi davam edən Arçi Braun, Levent Mercan, Edson Alvarez və Nelson Semedo, eləcə də Afrika Millətlər Kubokunda çıxış edən Yusif En-Nesiri bu oyunda komandaya kömək edə bilməyəcək.
Bununla yanaşı, Fred 3 həftəlik cəzasını başa vurub. Texniki heyətin qərarından asılı olaraq, braziliyalı matçın iştirak ərizəsinə salına bilər.
Görüş "Rəcəb Tayyib Ərdoğan stadionu"nda keçiriləcək və saat 21:30-da start götürəcək. Matçı hakim Turqut Doman idarə edəcək.
Qeyd edək ki, kubokun ilk turunda doğma meydanda "Beşiktaş"a məğlub olan "sarı-lacivərtlilər" bu dəfə qalib gələrək turnirdə ilk qələbəsini qazanmağı hədəfləyir.