"Məşqlərimiz yanvar ayının 6-dan gündə bir dəfə olmaqla davam edir. Hazırlıq çərçivəsində üç yoldaşlıq oyunu oynamaq planımız var". Bu sözləri "Səbail"in baş məşqçisi Adil Şükürov Sport24.az-a açıqlamasında deyib.

Təcrübəli mütəxəssis komandasının hazırlıq planından danışıb:

"Bəzi futbolçularla yollarımızı ayırdıq. Gənc futbolçuların daha çox oynamaq şansı qazana biləcək kluba keçməsi məsləhət oldu. Yeni transferlərlə bağlı onu deyə bilərəm ki, danışıq apardığımız bur neçə futbolçu var. Yaxın günlərdə bu məsələyə tam aydınlıq gəlməlidir. Çempionatın lideri "Şəfa" ilə xal fərqi 8 olması bizi qorxutmur. Komandamıza inanırıq. Fikirləşirəm ki, Birinci Liqada bütün komandalar bir-birilərindən xal ala bilərlər".

Qeyd edək ki, I Liqada çıxış edən "Səbail" 22 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.