İtaliyanın "Latsio" klubunun sol cinah müdafiəçisi Nunu Tavareş qış transfer pəncərəsində klubdan ayrılmağa yaxındır. Sport24.az xəbər verir ki, portuqaliyalı futbolçu baş məşqçi Mauritsio Sarrinin planlarına daxil deyil və yeni komanda axtarışındadır. Əvvəlcə Serxio Konseysao rəhbərliyindəki "Əl-İttihad"la razılıq əldə olunduğu bildirilsə də, son məlumatlara görə bu variant arxa plana keçib.
Hazırda Tavareş üçün əsas ciddi təklifin "Beşiktaş"dan gəldiyi vurğulanır. İstanbul klubu "Latsio" ilə razılaşmaya yaxın olsa da, 10 milyon avro məbləğində məcburi satınalma şərti ilə bağlı tərəflər hələ ortaq mövqeyə gələ bilməyib.
Qeyd olunur ki, Tavareşin gedişi reallaşacağı təqdirdə "Latsio" sol cinahı gücləndirmək üçün "Vilyarreal"dan Alfonso Pedrasanı transfer etməyi planlaşdırır.