Bu gün keçiriləcək 2 oyunla Misli Premyer Liqasında mövsüm başa çatacaq. Sport24.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutacaq.

 

Günün ilk görüşü Tovuzda keçiriləcək. "Turan Tovuz" "Kəpəz"i qəbul edir. Meydan sahibləri üçün qərb derbisi o qədər əhəmiyyət daşımır. Kurban Berdıyevin komandasının nəticədən asılı olmayaraq çempionatı 4-cü pillədə başa vuracağı ötən turdan müəyyənləşib. Qonaqların isə 8-ci olmaq şansı var. "Sarı-göylər" bu gün 3 xal qazanacağı halda turnir cədvəlində bir pillə irəliləyə bilər.

 

Qeyd edək ki, oyunun start fiti saat 17:00-da səslənəcək.

 

Misli Premyer Liqası

IV dövrə, XXXVI tur

17:00. "Turan Tovuz" - "Kəpəz" 4:0 (2-ci hissə)

Qollar: A.Souza, 10; 23. T.Manafov, 42 ö.q. A.Süeleymanov, 44  

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: İlham Əliyev
Tovuz. Şəhər stadionu.

 

"Turan Tovuz": 41. Sergey Samok 17. Rəhim Sadıxov 88. Faiq Hacıyev 11. Ayxan Hüseynov 7. İsmayıl Zülfüqarlı 9. Kristian da Silva 23. Alexandro Serrano 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 40. Kauan Martins 21. Aleks Souza

 

Ehtiyat oyunçular: 1. İvan Konovalov 71. Mehman Hacıyev 19. Orxan Əliyev 10. Xəyal Nəcəfov 8. Tural Bayramlı 13. Fərid Yusifli 77. Veysəl Rzayev 30. Mircamal Əlizadə 5. Roderik Miller 6. Araş Qaderi 29. Anton Kraçkovski

Baş məşqçi: Kurban Berdiyev

 

"Kəpəz": 1. Rojerio Santos 7. Ehtiram Şahverdiyev 12. Turan Manafov 5. Rauf Hüseynli 19. Sadiq Şəfiyev 26. Valdemar Almeyda 29. Dioqo Verdaska 78. Yeqor Xvalko (k) 28. Rati Ardazişvili 3. Mahamadu Ba 10. Karim Lkoça

 

Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 18. Elgün Bayramov 2. İlkin Qırtımov 70. Nicat Süleymanov 6. Nemət Musayev 21. Camal Cəfərov 17. Ümid Səmədov 97. Nicat Məmmədov 13. Elxan Məmmədov 91. Nihad İsaqov 11. Trent Buhagiar 88. Şevroni Mabatşoev.

Baş məşqçi: Azər Bağırov