Erlinq Haland yaxın gələcəkdə "Mançester Siti" ilə yeni müqavilə imzalaya bilər. Sport24.az "Daily Star"-a istinadən xəbər verir ki, norveçli bombardir İngiltərə Premyer Liqasının ən yüksək maaş alan futbolçusuna çevrilə bilər.

 

24 yaşlı forvardın "şəhərlilər"lə yeni müqaviləsinin 2028/2029 mövsümünün sonuna qədər qüvvədə ola biləcəyi ehtimal olunur. Hazırda onun "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

 

Qeyd edək ki, Haland cari mövsümdə "Mançester Siti"də bütün yarışlarda 16 oyunda 15 qol vurub.