Bu gün "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində VII turun oyununa çıxacaq. Sport24.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri "doğma divarlar" arasında Frankfurt "Ayntraxt"ını qəbul edəcək.
Hazırda aktivində 7 xal olan Ağdam klubu turnir cədvəlində 25-ci, Almaniya təmsilçisi isə 4 xalla 33-cü pillədə qərarlaşıb.
Tofiq Bəhramov adına Respublika Stadonunda keçiriləcək görüş saat 21:45-də başlayacaq. Oyunu İsveçrədən olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, "Qarabağ" sonuncu - VIII turda, yanvarın 29-da səfərdə "Liverpul"un qonağı olacaq.
Çempionlar Liqası
Liqa mərhələsi, VII tur
"Qarabağ" (Azərbaycan) - "Ayntraxt" (Frankfurt, Almaniya)
Hakimlər: Sandro Şerer, Stefan De Almeyda, Yonas Erni, Yohannes fon Mandak (hamısı İsveçrə).
VAR: Fedayi San (İsveçrə).
AVAR: Lukas Fendrix (İsveçrə).
Bakı. Tofiq Bəhramov adına Respublika Stadonu.