"Monako" "Mançester Siti"nin vingeri Matis Deturbeni icarəyə götürüb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İcarə müddəti bir mövsüm üçün nəzərdə tutulub. Fransa klubunun futbolçunun icarə müqaviləsini daha bir mövsüm uzatmaq və ya gələn yay birdəflik transfer etmək seçimi də var.
Qeyd edək ki, İngiltərə təmsilçisi Deturbbeni bu yay "Trua"dan transfer edib. "L'Equipe" nəşrinin yaydaığı xəbərə görə, "şəhərlilər" futbolçunun keçidinə 25 milyon avro xərcləyib.