Transfer çalışmalarını davam etdirən "Şamaxı" klubunun əcnəbi futbolçu axtarışı sürür. Sport24.az-ın bölgə təmsilçisindəki mənbədən əldə etdiyi məlumata görə, klub rəhbərliyi hazırda əsas diqqətini Portuqaliyanın III Liqasında çıxış edən futbolçulara yönəldib.

Mənbənin bildirdiyinə əsasən, "Şamaxı" rəhbərliyi legionerlərin maaşı ilə bağlı mövqeyini də müəyyənləşdirib. Maliyyə çatışmazlığı səbəbindən klub yeni əcnəbi futbolçularla aylıq 3-5 min ABŞ dolları məvacib qarşılığında müqavilə bağlamağı planlaşdırır.

Transfer siyasətinin formalaşdırılmasında baş məşqçi Azər Bağırovun da rəyi nəzərə alınır. Heyətə cəlb olunacaq futbolçularla bağlı son qərarlar məşqçilər korpusunun iştirakı ilə verilir.