Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu "Hall Siti" Cek Batlend ilə müqavilə bağlayıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

 

Şotlandiya təmsilçisi "Reyncers"dən ayrılan 33 yaşlı qapıçı 3,5 milyon avro qarşılığında transfer olunub. Onunla müqavilənin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

 

Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü 2025/26 mövsümündə 55 matçda 72 qol buraxıb və 16 dəfə qapısını toxunulmaz saxlayıb.