Afrika Millətlər Kubokunda çıxış edən Qvineya millisi İbrahima Konte və Seyduba Sumanı düşərgədən kənarlaşdırıb. Sport24.az xəbər verir ki, onlar Zimbabveyə 1:2 hesabı ilə uduzduqları Afrika Millətlər Kubokunun B qrupunun sonuncu matçından sonra siqaret və pivə ilə ziyafət təşkil ediblər.

Qarşılaşmadan sonra bəzi oyunçular oteldə ziyafətə qatılıblar. Nəticədə ajiotaj yaranıb və təşkilatçılıq edən iki futbolçu yığmadan qovulub.

Müqavilə ilə Yunanıstan "Olimpiakos"una məxsus olan və icarə əsasında "Neftçi"də çıxış edən Mamadu Kanenin insidentlə əlaqəsi olmadığı bildirilib.

Qeyd edək ki, Qvineya 1/8 final mərhələsində yanvarın 24-də Qambiya ilə üz-üzə gələcək.