“Milan”ın sabiq  idman direktoru Paolo Maldini “Mançester Yunayted”lə razılığa gəlib. Sport24.az xəbər verir ki, Premyer Liqa klubunun 25%-ni əldə etmək ərəfəsində olan yeni sahibkarların növbəti transferi İtaliya klubunun əfsanəsidir.

Maldini daha əvvəl Səudiyyə Ərəbistanın “Əll-İttihad” klubundan təklif alsa da, geri çevirmişdi. Ancaq ingilislərin təklifi veteran futbolçu üçün maraqlı gəlib və onlarla işləməyə razılıq verib.

Qeyd edək ki, 55 yaşlı mütəxəssis 4 il texniki direktoru olduğu “Milan”dan bu ilin iyununda ayrılıb. O, həmçinin  ABŞ-ın “Mayami” klubunun sahiblərindən biridir.