"Makkabi"nin baş məşqçisi Barak Bahar İspaniyadakı toplanış çərçivəsində hazırlığı dəyərləndirib. Sport24.az xəbər verir ki, Hayfa klubunun rəsmi saytına danışan mütəxəssis komandasının Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunun "Sabah"a qarşı keçirəcəyi oyunlarından gözləntilərini də bölüşüb:
"Şərait ən yüksək səviyyədə idi. Mənə elə gəlir ki, təkmilləşdirməli olduğumuz çox şeylər üzərində işləmişik. Biz intensiv məşq etdik və inanıram ki, indi komanda toplanışın əvvəlindən qat-qat yaxşıdı. "Sabah" və "Hapoel"ə (Beer Şeva) qarşı oyunlara qədər hazır olacağıq".
"Sabah" – "Makkabi" matçı iyulun 25-i Macarıstanda, cavab matçı isə avqustun 1-də Bakıda keçiriləcək.