Futbol üzrə Polşa çempionatında 1-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, mövsümün açılış turunda iki azərbaycanlı futbolçunun komandaları üz-üzə gəlib.

Belə ki, Mahir Emrelinin formasını geyindiyi “Legiya” doğma meydanda Anton Krivotsyuklu “Visla” (Plok) ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə yekunlaşıb.

Mahir bu görüşün iştirakçısı olmayıb. Səhhətində problem olan futbolçumuzun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Krivotsyuk isə Polşa çempionatındakı ilk rəsmi matçında 90 dəqiqə meydanda olub.