"Vest Hem"in yarımmüdafiəçisi Lukas Paketa bu mövsümün sonunda klubu tərk edəcəyini açıqlayıb. Sport24.az xəbər verir ki, bu barədə futbolçu sosial şəbəkə hesabında paylaşım edib:

 

"Bu, səni qəbul edənləri, səni mühakimə etməyənləri, sənə sona qədər inananları seçməklə bağlıdır. Bu, nəinki hər şeyə sahib olduğun halda, həm də hər şeyi itirəndə də sadiq qalmaqdan ibarətdir. İndi vidalaşmağın vaxtı deyil. Gəlin, son mövsümü birlikdə keçirək".

 

Qeyd edək ki, İyulun 31-də Paketanın qeyri-qanuni mərc oyunları ilə bağlı ittihamlardan bəraət aldığı açıqlanıb. FA oyunçu üçün maksimum cəza - ömürlük qadağa tələb edirdi.