UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Benfika" (Portuqaliya) - "Qarabağ" FK matçını "Estádio do SL Benfica"da izləmək istəyənlər üçün 500 nəfərlik yer ayrılıb. Sport24.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinnin mətbuat xidməti məlumat yayıb.
"Qarabağ"ı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 15:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışda olacaq. Bildirilib ki, azarkeşlər əldə etdikləri vauçerləri biletə dəyişməlidirlər. Biletlərin qiyməti 88 AZN-dir.
Vauçerləri əldə edən şəxslərin vauçerləri biletə dəyişərkən şəxsiyyəti təsdiq edən sənədin üzərlərində olması xahiş olunub.
Qeyd edək ki, "Benfika" - "Qarabağ" oyunu sentyabrın 16-ı saat 23:00-da (Bakı vaxtı ilə) start götürəcək.