Türkiyə millisinin sabiq üzvü Hasan Ali Kaldırımın yeni klubu müəyyənləşib. Sport24.az xəbər verir ki, 35 yaşlı sol cinah müdafiəçisi karyerasını I Liqada davam etdirəcək.

 

Hasan Ali "Amedspor"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli futbolçu ilə 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Hasan Ali Kaldırımın son klubu "Kayserispor" olub. O, daha əvvəl "Fənərbaxça", "Başakşehir" və "Ankaragücü"də çıxış edib.