Milli komandaların oyunlarına görə yaranmış fasilə başa çatdı. Sport24.az xəbər verir ki, bu gün Misli Premyer Liqasında IV tura start verilir.
Hesabat həftəsinin ilk günündə iki matç baş tutacaq. Günün ilk qarşılaşması bölgədə olacaq. 3 turdan sonra aktivində xal olmayan və turnir cədvəlinin zirzəmisində qərarlaşan "Kəpəz" Qəbələdə liderlər qrupunda yer alan "Araz-Naxçıvan"la üz-üzə gələcək.
Qeyd edək ki, görüşün start fiti saat 17:45-də səslənəcək.
Misli Premyer Liqası
I dövrə, IV tur
17:45. "Kəpəz" - "Araz-Naxçıvan" 0:2
Qol: Slavik Alxasov, 65, Bar Kohen, 86
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ. Şəhər stadionu
"Kəpəz": 22. Məmməd Hüseynov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 88. Şakir Seyidov 9. Luis Paçu 11. Vitor Feijao 29. Dioqo Verdaska 12. Mahamadu Ba (k) 10. Ryonosuke Ohori 38. Cefferson Bentu 6. Pedro Qomeş
Ehtiyat oyunçular: 1. Kaçper Rosa 81. Elgün Bayramov 99. Əli Səmədov 77. Fərid Nəbiyev 17. Ümid Səmədov 15. Raul Məmmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 19. Otar Aptsiauri 55. Kresus Donqo
Baş məşqçi: Adil Şükürov
"Araz-Naxçıvan": 12. Kristian Avram 34. Urfan Abbasov (k) 5. Slavik Alxasov 4. Rahil Məmmədov 6. Patrik Andrade 29. Vanderson Melo 17. İssuf Paro 23. Nuno Rodriqes 10. Felipe Santos 11. Ba-Muaka Simakala 70. Şarl Boli
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 2. Qara Qarayev 3. Bəxtiyar Həsənalızadə 8. Coşqun Diniyev 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 22. Elçin Mustafayev 24. Mustafa Əhmədzadə 7. Hamidu Keyta 77. Bruno Franko 19. Bar Kohen
Baş məşqçi: Elmar Baxşıyev