"Beşiktaş" hücum xəttini yeni ooyunçu ilə  gücləndirib. Sport24.az xəbər verir ki, "qara qartaallar" "Nottingem Forest"dən Jota Silvanı rənglərinə bağlayıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Portuqaliya millisinin üzvü 1 illik icarəyə götürülüb.

 

Qeyd edək ki, "Nottingem Forest" Jota Silvanı ötən ilin yayında "Vitoriya"dan transfer edib. 26 yaşlı vinger Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.