"Kəpəz" daha bir futbolçunun keçidini həll edib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

"Sarı-göylər" Sadiq Şəfiyevi heyətinə qatıb. "Turan Tovuz"un 19 yaşlı hücumçusu mövsümün sonuna kimi icarəyə götürülüb. Gəncə futbol məktəbinin yetirməsi olan Şəfiyev 2020-2021-ci illər və ötən mövsümün 2-ci hissəsini "Kəpəz"də keçirib.

 

Qeyd edək ki, Şəfiyev aşağı yaş qrupları üzrə milli komandaların şərəfini qoruyub.