UEFA İcraiyyə Komitəsi cari mövsümdə avrokubokların reqlamentində dəyişiklik edib. Yeni qərara əsasən, klublar əsas mərhələnin 6-cı turuna qədər uzunmüddətli zədə və ya xəstəlik keçirmiş bir oyunçunu müvəqqəti olaraq başqası ilə əvəzləyə bilər. Sport24.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.

 

Qeyd olunur ki, dəyişikliyin tətbiqinə səbəb komandaların siyahılarında azalmaların qarşısını almaq, həmçinin futbolçuları əlavə iş yükündən qorumaq istəyidir.

 

Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsinin ilk oyunlarına sentyabrın 16-da start veriləcək.