Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatı - 2025-in (EBSL) final mərhələsində ikinci oyununu keçirib. Sport24.az xəbər verir ki, B Liqasının A qrupunda yer alan millimiz Litva yığması ilə qarşılaşıb.

 

İtaliyanın Viareccio şəhərində baş tutan görüş rəqib komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu Kamran Qürbətov vurub.

 

Beləliklə, qrupda ikinci yeri tutan millimiz yarımfinala vəsiqə qazanıb. Sentyabrın 13-də keçiriləcək yarımfinal görüşündə komandamız Rumıniya yığması ilə qarşılaşacaq.