Portuqaliya millisinin və "Real"ın sabiq futbolçusu Luiş Fiqu Çempionlar Liqasında qələbəyə əsas namizədin adını açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə "Tuttomercatoweb" portalına açıqlama verib:

 

"Çempionlar Liqasını kim qazanacaq? Düşünürəm ki, PSJ. Hazırda Paris klubu əla fiziki formadadır və sabit oyun göstərir. Amma dəqiq proqnoz verə bilmirəm. Ona görə də konkret nəsə söyləmək çətindir".

 

Qeyd edək ki, Çempionlar Liqasının yarımfinalında PSJ "Arsenal" ilə qarşılaşacaq. "Barselona" isə "İnter"lə üz-üzə gələcək.