Tanınmış italyan mütəxəssis Fabio Kapello "Barselona"nın 17 yaşlı oyunçusu Lamin Yamalı Pele, Lionel Messi və Dieqo Maradona ilə müqayisə edib. Sport24.az xəbər verir ki, o, bu barədə AS-a danışıb:

 

"İspanioyalı gənc Messi və ya Maradona kimi olmayacaq. O, ulduzdur, lakin onda Pele və adını çəkdiyim digər iki futbolçu kimi mükəməllik yoxdur. Belə oyunçular 20 ildə bir dəfə gəlir. Ona görə də biz daha 20 il gözləməli olacağıq".

 

Qeyd edək ki, Yamal cari mövsümdə bütün turnirlərdə 46 matçda iştirak edib, 14 qol vurub və 22 məhsuldar ötürmə edib.