Braziliya millisinin əfsanəvi futbolçusu Kafu "Qızıl top"a ən layiqli namizəd kimi "Barselona"nın vingeri Rafinyanın adını çəkib. Sport24.az xəbər verir ki, veteran futbolçu bu barədə "Marca"ya açıqlama verib:
"Rafinya çoxdan "Qızıl top"a layiqdi. Statistikaya nəzər salaq. O, bu mövsüm təkcə La Liqada deyil, həm də Çempionlar Liqasında uğurlu çıxışı ilə mükafatı haqq edir".
Qeyd edək ki, brazliyalı futbolçu cari mövsümdə "Barselona"nın heyətində bütün turnirlərdə 47 loyuna çıxıb. Onun aktivində 30 qol və 18 məhsuldar ötürmə var.