"Sportinq"in hücumçusu Viktor Qyokeres karyerasını "Arsenal"da davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
Londonluların 26 yaşlı isveçlinin yay "transfer pəncərəsi"ndə mümkün transferi ilə bağlı danışıqlara başladığı bildirilir.
Qeyd edək ki, İsveç yığmasının da formasını geyinən mərkəz hücumçusu cari mövsümdə Portuqaliya klubunun heyətində ümumilikdə 42 oyun çıxıb. O, bu qarşılaşmalarda 47 qol vurub və 11 məhsuldar ötürmə edib.