U-21-in baş məşqçisi Ayxan Abbasovun ümid millisinə yeni futbolçu axtarışı davam edir. Sport24.az əldə etdiyi məlumata görə, Abbasov hər həftə Əvəzedici Liqanın oyunlarını da yaxın təqib edir. 

 

43 yaşlı mütəxəssis bu həftə Binə qəsəbə stadionunda keçirilən "Zirə-2" - "Sumqayıt-2" matçına da baş çəkməyi unutmayıb.

 

Qeyd edək ki, oyun nominal meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.