Çempionlar Liqasının finalında PSJ "İnter"i 5:0 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, Paris klubunun baş məşqçisi Luis Enrike üçün bu qələbə klub turnirlərində sayca 16-cı olub. İspan məşqçi çıxdığı bütün finallarda qalib gəlib.

 

Mütəxəssis "Barselona" ilə iki dəfə İspaniya çempionu olub (2014/2015, 2015/2016), üç İspaniya Kubokunu (2014/2015, 2015/2016, 2016/2017), İspaniya Super Kubokunu (2016), Çempionlar Liqasının kubokunu (2014/2015), UEFA Super Kubokunu (2014/2015) və klublararası dünya çempionatını (2015) qazanıb.

 

Enrike PSJ ilə iki dəfə Fransa çempionu oldu (2023/2024, 2024/2025), iki Fransa Kubokunu (2023/2024, 2024/2025), iki ölkə Super Kubokunu (2024, 2025), həmçinin Çempionlar Liqasını (2024/2025) qazanıb.

 

PSJ isə tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub. Komanda bundan əvvəl bir dəfə final oynasa da, 2019/20 mövsümündə "Bavariya"ya uduzub (0:1).

 

Qeyd edək ki, bu həm də Fransa klubları üçün ikinci kubokdur. Bundan əvvəl yalnız "Marsel" 1992/93 mövsümündə Çempionlar Liqasının qalibi olmuşdur.