İngiltərə Liqa Kubokunun dördüncü turunda evdə "Kristal Pelas"a 0:3 hesabı ilə məğlub olan "Liverpul" 92 il əvvəlki acını yaşayıb. Sport24.az "Opta Sport" statistika portalına istinadən xəbər verir ki, "Liverpul" sonuncu dəfə oxşar məğlubiyyətə 1934-cü ilin fevral ayında, FA Kubokunun beşinci turunda "Enfild"də "Bolton"a 0:3 hesabı ilə yenilmişdi. 

 

Qeyd edək ki, "qırmızılar" bütün turnirlər nəzərə alınmaqla son 7 oyununda altıncı dəfə meydanı məyus tərk edib.