"Arsenal" İngiltərə Liqa Kubokunun dördüncü turunda evdə "Brayton"u & Hove Albion"u 2:0 hesabı ilə məğlub edərək, İngiltərə futbolunun bütün zamanlar üçün rekordunu qırıb. Sport24.az xəbər verir ki, bu barədə "Opta Sport" statistika portalı məlumat yayıb.
London klubu İngiltərənin yüksək divizionunda bir ay ərzində meydana çıxdığı 6 oyunda qapısında qol görməyən ilk komanda olub.
Qeyd edək ki, "topçular" Premyer Liqada "Kristal Palas"ı (1-0), "Fulhem"i (1-0) və "Vest Hem"i (2-0) məğlub edib. Çempionlar Liqasında isə Madrid "Atletiko"sunu (4-0) və "Olimpiakos"u (2-0), həmçinin Liqa Kubokunda "Brayton"u (2-0) yenib.