"Neftçi" çempionatın iddialı klublarından biridir. Səviyyəli futbolçulardan qurulmuş heyətə malikdi. Oyunu müdafiədən qurub, əks-hücumlarda kəsərli olmaq istəyirdik. Matçın başlanğıcında oyunumuz alınmadı". Bu sözləri Sport24.az-a açıqlamasında MOİK-in baş məşqçisi İlham Yadullayev deyib.

47 yaşlı mütəxəssis Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Neftçi" ilə matçı şərh edib:

"Birinci hissənin sonlarında özümüzə gəldik. İkinci yarı başlayanda dəyişiklik etdik, çalışdıq ki, hücumda pressinq edək. Bu da bəhrəsini verdi, ikinci qolu vurduq. Yenə də geriyə çekilmədik, orta xəttdə üstünlüyüə yiyələnməyə çalışdıq, şanslarımız oldu. "Neftçi" kimi komanda ilə oynamaq çox çətindir. Liqalar arasında səviyyə fərqi var. Əsasən də "Neftçi" kimi rəqiblə görüşdə bu görünür. Heyətlərin keyfiyyətli legioner, milli komandamızın futbolçuları var. Bu oyun bizim üçün çox böyük təcrübədir. Çempionat oyunlarında yaxşı mənada bizə kömək olacaq. Birinci hissənin sonlarında paltardəyişmə otağında futbolçularda inam yaranmışdı ki, oynaya bilərik. Bu inamı artıq Birinci Liqanın oyunlarına keçirməyə çalışacayıq".

Qeyd edək ki, matç "Neftçi"nin 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.